05 Oktyabr 2024 | 09:32
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “Təlimlərimizdə 250 həkim iştirak edib”

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “Təlimlərimizdə 250 həkim iştirak edib”

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “Təlimlərimizdə 250 həkim iştirak edib”
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “Təlimlərimizdə 250 həkim iştirak edib”

“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisindən dəvət olunmuş mütəxəssis tərəfindən “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” mövzusunda keçirilən təlimlərdə Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyindəki stasionar tipli tibb müəssisələrində, ilkin səhiyyə xidmətində müxtəlif ixtisaslar üzrə çalışan həkimlər, eləcə də regional İİV laboratoriyalarının mütəxəssisləri də daxil olmaqla 250 nəfər iştirak edib”.

Bunu ÜST və BMT-nin Əhali Fondunun dəstəyi və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərə münasibət bildirən Mərkəzin direktoru Dr. Famil Məmmədov deyib.

F.Məmmədov fikrinin davamında qeyd edib ki, təlimdə iştirakçılara verilən əsas mesaj İİV infeksiyasının artıq idarəolunan xroniki xəstəliklər qrupuna aid olmasıdır. “Təlimdə İİV infeksiyasının müxtəlif aspektlərinə toxunulub. ÜST tərəfindən tövsiyə olunan yeni testləşmə alqoritminə keçid, yeni müalicə sxemləri ilə müalicənin effektivliyi, İİV-ə yoluxmanın qarşısının alınması məqsədilə təmasdan öncə profilaktikanın vacibliyi və İİV, Hepatit B və Sifilisin anadan uşağa ötürülməsində üçlü eliminasiyaya nail olunması istiqamətində atılan addımlar barədə ətraflı müzakirələr aparılıb” – deyə, o bildirib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun