05 Oktyabr 2024 | 02:15
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri ilə görüş keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. Teymur Musayev Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verdiyini vurğulayıb.

Öz çıxışında nazir 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir.

Həmçinin, ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması vurğulanıb: “Malyariya ilə mübarizədə əldə edilən uğur, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”.

Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Qlobal Fondun Portfolio meneceri Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub.

Görüşdə, həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə edilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun