05 Oktyabr 2024 | 01:05
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin ümumilikdə 67 mindən artıq müraciəti cavablandırılıb

Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin ümumilikdə 67 mindən artıq müraciəti cavablandırılıb

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin ümumilikdə 67 mindən artıq müraciəti cavablandırılıb
Səhiyyə Nazirliyinin 9109 “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin ümumilikdə 67 mindən artıq müraciəti cavablandırılıb

Müharibə veteranlarına göstərilən psixoloji və tibbi reabilitasiya xidmətlərinə vahid platformadan nəzarətin təşkil edilməsi, müharibə veteranları və şəhid ailələri ilə proaktiv işin aparılması, bu işlərin sistemli və davamlı şəkildə təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyasının aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Çağrı Mərkəzi” yaradılıb. 9109 qısa nömrəli “Çağrı Mərkəzi” 1 aprel 2023-cü il tarixindən fəaliyyət göstərir.
“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunan “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırııb.
Fəaliyyət göstərdiyi ötən müddət ərzində “Çağrı Mərkəzi” vasitəsilə müharibə iştirakçısı və şəhid ailəsinin 67 326 müraciəti cavablandırılıb.
Bunlardan 13 928-i birbaşa daxil olan, 53 398-i isə proaktiv zənglər təşkil edib.

Bugünədək Səhiyyə Nazirliyinin ixtisaslaşmış qurumlarına psixoloji yardımla bağlı 2257 müraciət yönləndirilib. Eyni zamanda, psixiatrik müayinə / müalicə ilə bağlı 2291 müraciət daxil olub. Daxil olan müraciətlərdən Səhiyyə Nazirliyinin reabilitasiya mərkəzlərinə ümumilikdə 1 237 müraciət yönləndirilib. Belə ki, nazirliyin nəzdində olan Sanator Kurort Reabilitasiya Mərkəzinə 839, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 374 və 24 şəhid övladı müalicə almaq üçün Respublika Uşaq Sanatoriyasına yönləndirilib.
Qeyd edək ki, 9109 “Çağrı Mərkəzi”nə müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun