Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Şəki və ətraf rayonlarda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirləri keçirib.
Şəki Regional Laboratoriyasının əməkdaşları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında, rayondakı regional və tibb kolleclərində, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz rayonlarındakı digər səhiyyə müəssisələrində, sağlamlıq mərkəzlərində, təhsil ocaqlarında müayinə və maarifləndirmə aksiyaları təşkil ediblər.
Tədbirlərdə həkimlər İİV/QİÇS-lə bağlı mühazirələr oxuyub, xəstəliyin yoluxma yolları, müalicəsi barədə ətraflı məlumat veriblər. Könüllülərə İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Onlara maarifləndirici broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.