Sentyabrın 10-dan 12-dək Moldova Respublikasının Kişinyov şəhərində “İİV-ə testləşmənin yeni strategiyasını qəbul edən ölkələrin təcrübəsinin təqdimatı üçün regional strateji dialoq” adlı tədbir keçirilir.
Tədbir “Şərqi Avropa və Mərkəzi Asiyanın (ŞAMA) əsas əhali qrupları üçün xidmətlərin dayanıqlığı” QİÇS, vərəm və maliyariya ilə mübarizə üçün Qlobal Fondun maliyyələşdirdiyi regional layihə çərçivəsində təşkil olunub.
Ümumdünya Səhiyyə Təçkilatının ekspertlərinin iştirak etdiyi tədbirdə ölkəmizi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov və direktor müavini Səbinə Babazadə təmsil edir.
Tədbirdə İİV-ə testləşmənin yeni strategiyası üzrə ölkələrin təcrübəsinə aid təqdimatlar dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılır.