05 Oktyabr 2024 | 01:00
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Şagirdlərə QİÇS-in fəsadları ilə bağlı məlumat verilib

Şagirdlərə QİÇS-in fəsadları ilə bağlı məlumat verilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Şagirdlərə QİÇS-in fəsadları ilə bağlı məlumat verilib
Şagirdlərə QİÇS-in fəsadları ilə bağlı məlumat verilib

İyunun 2-də  Bakıdakı 45 nömrəli  tam orta məktəbdə ”QİÇS əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin 10-11-ci sinif şagirdləri, müəllimləri iştirak ediblər. Məqsəd şagirdləri  QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq idi.

Məktəbin həkimi Samirə Bağırova çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova isə narkotika istifadəçiləri arasında geniş yayılan İnsanın İmmun Çatışmazlığı Virusu (İİV) infeksiyası, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında geniş məlumat verib. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim çagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri mənimsəməyə çağırıb.

Sonda şagirdlərin maraqlandıran suallara aydınlıq gətirilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun