05 Oktyabr 2024 | 01:48
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

SAĞLAMLIĞINIZ ÖZ ƏLLƏRİNİZDƏDİR!

SAĞLAMLIĞINIZ ÖZ ƏLLƏRİNİZDƏDİR!

  • Əsas səhifə
  • -
  • Əhali üçün
  • -
  • SAĞLAMLIĞINIZ ÖZ ƏLLƏRİNİZDƏDİR!
SAĞLAMLIĞINIZ ÖZ ƏLLƏRİNİZDƏDİR!

                                              İİV daşıyıcısı olan insanlara həm özlərinin, həm də ətrafdakı 

                                         insanların düzgün yanaşması vacib amillərdəndir.

 

İİV daşıyıcısı olanların ailə münasibətləri

İİV/QİÇS-li insanlar üçün ailənin böyük önəmi var. Ailə insanın içində rahatlıq tapdığı, sevildiyi və qəbul etdiyi bir yerdir. Ailə üzvlərindən birinin İİV/QİÇS-ə yoluxması zamanı sizlər ona bir çox istiqamətlərdə yardımçı ola bilərsiziniz. Bunlar aşağıdakılardır:

  • Ev şəraitində, ailə məişət qayğılarının həllində
  • Sevdiyi yeməkləri hazırlayaraq qulluğunda durmaqla
  • Sevildiyini hiss elətdirərək, qorxudan azad olmasında yardımçı olmaqla
  • Ona görə hər bir insan İİV-ə yoluxubsa, bunu ailəsindən gizlətməməlidir.

Onlar sizə… 

  • Sevgi və dəstək verəcək
  • Gələcək üçün tədbirlər hazırlamağa kömək edəcək
  • Maddi və mənəvi dəstək olacaq
  • Həqiqəti dediyinizə görə sizə minnətdarlıq edəcəkr
  • Bu problemlə mübarizədə sizinlə birgə olacaqlar.

İİV/QİÇSli insanlarla dostluq münasibətləri

Sizin İİV daşıyıcısı olan bir dostunuz varsa, ona sevgi və şəfqətinizlə dəstək olun. Əgər özünüzdə İİV problemi varsa, dostlarınızla münasibəti kəsməyin, əksinə, yaşadığınız problemi etibar etdiyiniz dostunuzla bölüşün. Bu dostunuzdan siz çox şeylər öyrənə biləcəksiniz. Siz onu yenidən kəşf edib, onun timsalında başqa yaxşı bir dost tapmış olacaqsınız. Əxlaqı və insanlıq şərəfinə bir yaşam üçün dostunuzdan uzaqlaşmayın əsla, çay, qəhvə, şənlik məclislərinə dəvət edib ona vaxt ayırmağınız, idman, istirahət və əyləncə yerlərində birgə iştirakınız sizin ona göstərdiyiniz hərtərəfli yardım və dəstəklərdən yüksəkdə dayanacaqdır.

İİV/QİÇS-li insanlara sağlamlıq tövsiyələri 

  1. Əhvalınızı yaxşı hiss etməyəndə mütləq həkimə müraciət edin
  2. Yüksək kalorili və keyfiyyətli qidalardan istifadə edin
  3. Ruhdan düşməyin, mənfi hisslərə qapılıb yaşadığınız problemə təslim olmayın
  4. Zərərli adətləri tərgidin (siqaret, alkoqol və s.)
  5. Şəxsi gigiyenanıza və təmizliyə diqqət yetirin
  6. İstirahət və əyləncələrə çox vaxt ayırın
  7. Cinsi əlaqələrdə qoruyuculardan istifadə edin
  8. Valideyin olmağa qərar vermədən öncə çox yaxşı düşünün.

Tibbi yardım

Bildiyiniz kimi, İİV/QİÇS-li insanların ümmun sistemi zəifləyir. Bu səbəbdən hər hansı bir xəsləlik sizi yaxalaya bilər. Vaxtındə həkimə müraciət etsəniz bir çox xəstəliklərdən xilas ola biləcəksiniz. Müasir dövrdə İİV/QİÇS-li insaların immun sistemini zəiflədən səbəblərin inkişafina ləngidici təsir göstərən ARV terapiya metodundan istifadə edilir. Bu metoda görə təyin olunan preparatlar həkimin nəzarəti ilə sistemli şəkildə qəbul olunur.

Antiretrovirus terapiya nədir?

ARV preparatları İİV retrovirusu ilə mübarizə üçün yaradılmışdır. Antiretrovirus terapiya (ART) kombinə edilmiş üçlü-dördlü və ya yüksəkaktivli antiretrovirus terapiya “YAART” eyni vaxtda bir neçə antiretrovirus preparatlarının qəbulunu özündə birləşdirir. Standart kombinasiya üç preparatlardan az olmamalıdır. Bir preparat ilə müalicə məqsədəuyğun deyil, ana bətnində uşağın İİV-ə yoluxması faktı istisna olmaqla. İki preparatdan istifadə etmək də məqsəduyğun deyil.

ART İİV-i məhv etmir. ARV preparatlarının qəbulu İİV pozitiv insanı İİV neqativ insana çevirmir. Ona görə də ARV preparatı ilə müalicəyə başlayan insanlar əvvəlki kimi təhlükəsiz seks qaydalarına riayət etməli və şprislərdən ancaq özləri istifadə edib atmalı, digər şəxslərə təhlükə yaratmamalıdırlar.

ARV preparatlarının mahiyyəti

Müalicə almayan hər bir İİV daşıyıcısının bir ml qanında milyonlarla İİV hissəcikləri ola bilər. ARV preparatları bu hissəciklərin sayını minimum həddə çatdırır. ARV preparatları sizin orqaniziminizdəki İİV hissəciklərinin sayını aşağı salmaqla yanaşı, immun sistemini bərpa edir. Bununla yanaşı, infeksiya ilə mübarizədə şansınız artır.

Qidalanma 

Güclənmək, enerji toplamaq və xəstəlikləri dəf etmək üçün yaxşı qidalanmaq lazımdır. Az-az və tez-tez qidalanmaya üstünlük verin. Alkoqoldan və narkotilərdən istifadə etməyin. Bunun yerinə süd və meyvə şirəsi için. İİV/QİÇS-li insanlara üç cür qidalardan istifadə etmək məsləhət görülür:

  1. Bədənə güc verən qidalar: paxlalı və lobyalı bitkilər, yer kökü, yumurta, ət, balıq, süd;
  2. Bədənə enerji verən qidalar: kartof, çörək, şirniyyat və s.;
  3. Bədəni infeksiyalardan qoruyan qidalar; vitaminlər, meyvə və tərəvəzlər.

İstirahət

  •  Hər gün ən azı 8 saatlıq yuxu;
  • Həftə sonu və yorğun saatlarda bu yuxu vaxtını artırın;
  • Mədəni və əyləncəli istirahətə üstünlük verin;
  • Musiqi dinləyin, kitab, jurnal oxuyun.

Fiziki iş 

İstirahət sizin həyatınızda nə qədər əhəmiyyət kəsb edirsə, həmin önəmi fiziki işdən də gözləyin. İşləmək sizə həm pul gətirəcək, həm də həyatınıza canlanma verəcəkdir.

 

ÖZ SAĞLAMLIĞINI  BAŞQALARININ SAĞLAMLIĞINI

QORUMAĞI  UNUTMA!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun