05 Oktyabr 2024 | 11:08
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Şirvan regionunda İİV-ə qarşı aksiyalar təşkil edilib

Şirvan regionunda İİV-ə qarşı aksiyalar təşkil edilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Şirvan regionunda İİV-ə qarşı aksiyalar təşkil edilib
Şirvan regionunda İİV-ə qarşı aksiyalar təşkil edilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində bölgələrdə də İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə aksiyalarını davam etdirir.

Şirvan Regional Laboratoriyasının əməkdaşları Şirvan Şəhər Humanitar və İqtisadiyyat Kollecində, “Elit” Ticarət Mərkəzində, Hacıqabul, Kürdəmir, Sabirabad, Saatlı rayon mərkəzi xəstəxanalarında, digər səhiyyə və sağlamlıq mərkəzlərində, müayinə və maarifləndirmə tədbirləri keçiriblər.

Təhsil ocaqlarında, səhiyyə müəssisələrində işçi və tələbələrə həkimlər İİV/QİÇS-lə bağlı mühazirələr oxuyub, xəstəliyin tarixi, müayinəsi və müalicəsi barədə ətraflı məlumat veriblər.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun