05 Oktyabr 2024 | 09:38
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib

Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib

  • Əsas səhifə
  • -
  • Mətbuatda haqqımızda
  • -
  • Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib
Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. Bu məqsədlə dekabrın 7-də Sumqayıtda karantin qaydalarına əməl olunmaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayit şöbəsi ilə birgə “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxışlarda COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışılıb.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, bəşəriyyət üçün ən böyük bəlalarından olan AİDS bəlasından danışaraq, onun törətdiyi fəsadlar haqqında gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Sonra Respublika QİÇS –lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova “İİV infeksiyası/ QİÇS-lə bağlı məlumat” adlı təqdimatla çıxış edib, İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş məlumat verib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.

Mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər aparılıb. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri gənclərə QİÇS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşürlər, tibbi maska, dezinfeksiyaedici məhlulları paylayıblar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun