05 Oktyabr 2024 | 09:41
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Tələbələr İİV-ə qarşı maarifləndirilib

Tələbələr İİV-ə qarşı maarifləndirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Tələbələr İİV-ə qarşı maarifləndirilib
Tələbələr İİV-ə qarşı maarifləndirilib

Dekabrın 12-13-də Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında və Azərbaycan Texniki Universitetində müayinə və maarifləndirmə tədbirləri keçirib.

Məqsəd insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınması, tələbələrin sağlam həyat tərzi barədə məlumatlandırılmasıdır.

Təhsil ocaqlarında tələbələrə təcrübəli həkimlər İİV/QİÇS-lə (Qarşılıqlı İmmun Çatışmazlığı Sindromu) bağlı mühazirələr oxuyub, xəstəliyin tarixi, yoluxma yolları, profilaktika, müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. Tələbələr maraqlandıqları suallara cavab alıb, arzu etdikləri halda İİV testindən keçiblər.

Təhsil ocaqlarında münasib yerdə quraşdırılan informasiya guşəsində də hər bir insan həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.  

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun