Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümümdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin insanın immunçatışmazlığı virusu (İİV) infeksiyası üzrə mütəxəssisləri üçün regional seminar öz işinə başlayıb.
Aprelin 24-dən 28-dək davam edəcək tədbirdə İİV infeksiyasına görə risk qruplarının qiymətləndirilməsi, bu qruplar arasında infeksiyasının yayılma səviyyəsi, hədəflərə çatmaq üçün prioritetlərin müəyyən edilməsi, risk qrupları arasında aparılan tədqiqatların təkmilləşdirilməsi müzakirə olunur və ayrı-ayrı ölkələrin təcrübələri paylaşılır.
Azərbaycanı bu tədbirdə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil edirlər.