Gürcüstanın paytaxtı Tbilisi şəhərində USAİD-in təşkilatşılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Vərəmin Monitorinqi, Qiymətləndirilməsi və Müşahidəsi üzrə Mükəmməllik Mərkəzi strategiyası ilə tanışlıq görüşü keçirilib.
Tədbirdə ölkəmizi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, Elmi Tətqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, Layihə Əlaqələndirmə Bürosunun koordinatoru Yaşar Orucov və TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Yaqut Qarayeva təmsil ediblər.
İştirakçılar region ölkələrində vərəmlə mübarizənin təkmilləşdiriliməsi, xəstəliyin monitorinq və qiymətləndirilməsi sistemləri üzrə təqdimatlarla tanış olub, vərəm, İİV infeksiyası və digər mövzularda fikir mübadilələri aparıblar.