05 Oktyabr 2024 | 11:12
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Tibb müəssisələrində çalışan orta tibb personalı İİV-in müayinəsi ilə bağlı maarifləndirilib

Tibb müəssisələrində çalışan orta tibb personalı İİV-in müayinəsi ilə bağlı maarifləndirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Tibb müəssisələrində çalışan orta tibb personalı İİV-in müayinəsi ilə bağlı maarifləndirilib
Tibb müəssisələrində çalışan orta tibb personalı İİV-in müayinəsi ilə bağlı maarifləndirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə “İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmalar. Təmasdan öncə və sonra profilaktika” mövzusunda təlim keçirib.
Təlim dövlət və özəl tibb müəssisələrində çalışan orta tibb personalı üçün təşkil edilib. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və QİÇS ilə bağlı ölüm hallarının azaldılmasıdır.
Tədbirdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, İİV indikator xəstəlikləri və müalicəsi, təmasdan sonra profilaktika tədbirləri, Təmasdan Öncə Profilaktika (TÖP), TÖP başlamazdan öncə kliniki və laborator müayinələr, İİV-lə yaşayan insanların müalicə və müayinələrə cəlb olunmasında stiqma və diskriminasiyanın yaratdığı əngəllər barədə ətraflı müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun