05 Oktyabr 2024 | 10:11
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Tibbi tullantıların düzgün idarə olunması üçün tibb işçiləri maarifləndirilib

Tibbi tullantıların düzgün idarə olunması üçün tibb işçiləri maarifləndirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Tibbi tullantıların düzgün idarə olunması üçün tibb işçiləri maarifləndirilib
Tibbi tullantıların düzgün idarə olunması üçün tibb işçiləri maarifləndirilib

Bakı Sağlamlıq Mərkəzində Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib.

Tədbirdə tibbi tullantıların düzgün idarə olunması, o cümlədən çeşidlənməsi, müvəqqəti saxlanması, uçotunun aparılması məsələləri müzakirə olunub. Daha sonra tibb müəssisəsində təhlükəli tibbi tullantıların idarə olunması, o cümlədən çeşidlənməsi və müvəqqəti saxlanması yerlərinə baxış keçirilib.

Tədbirin davamı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC-də təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi prosesi izlənilib.

Mərkəzdə təhlükəli tullantıların zərərsizləşdirilməsi geomembran və geotekstil materiallarla tam izolyasiya olunmuş hücrələrdə basdırma üsulu ilə həyata keçirilir. Partlayıcı və radioaktiv maddələr istisna olmaqla, qazma şlamı, çirklənmiş torpaqlar, istifadə müddəti bitən qida məhsulları, tibbi tullantılar və digər bu tipli tullantılar qəbul edilərək zərərsizləşdirilir.

Qeyd edək ki, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə İşçi Qrup yaradılıb. İşçi Qrupun üzvləri tərəfindən tibbi tullantıların idarə olunması vəziyyətinin öyrənilməsi məqsədilə Bakı şəhəri və regionlarda monitorinqlər keçirilir, bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və tibb müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tibbi tullantıların uçotunun yaxşılaşdırıması və elektronlaşdırılması istiqamətində işlər görülür.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun