05 Oktyabr 2024 | 09:55
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Xəzər rayonundakı 181 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Xəzər rayonundakı 181 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Xəzər rayonundakı 181 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib
Xəzər rayonundakı 181 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Xəzər rayonundakı 181 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı aksiyada məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb, xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi ilə bağlı ətraflı məlumat veriblər.

Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb.

Tədbirin sonunda şagirdlərə İİV-ə aid broşurlar, bukletlər, xəbərdaredici məlumatlar yazılmış vərəqlər paylanıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun