05 Oktyabr 2024 | 00:26
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib
Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib

Xəzər rayonundakı Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı aksiyada gimnaziyanın müəllim və şagirdləri iştirak ediblər.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb, xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi ilə bağlı ətraflı məlumat veriblər.

Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb.

Tədbirin sonunda şagirdlərə İİV-ə aid broşurlar, bukletlər, xəbərdaredici məlumatları olan vərəqlər, eləcə də üzərində QİÇS-in simvolu həkk olunmuş blaknot və qələm paylanıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun