Yasamal rayonundakı 167 nömrəli tam orta məktəbdə İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı aksiyada məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb, xəstəlik və virusun yoluxma yolları, profilaktikası, müayinəsi ilə bağlı ətraflı məlumat veriblər.
Mərkəzdə müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğu, vaxtında müəyyən edilən diaqnozla ölüm hallarının qarşısının alınmasının mümkünlüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Həkimlərə ünvanlanan fərdi suallar cavablandırılıb.
Tədbirin sonunda şagirdlərə İİV-ə aid broşurlar, bukletlər, xəbərdaredici məlumatlar yazılmış vərəqlər paylanıb.