05 Oktyabr 2024 | 10:14
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Yevlax rayonunda orta məktəb çagirdləri İİV infeksiyası ilə bağlı maarifləndirilib

Yevlax rayonunda orta məktəb çagirdləri İİV infeksiyası ilə bağlı maarifləndirilib

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Yevlax rayonunda orta məktəb çagirdləri İİV infeksiyası ilə bağlı maarifləndirilib
Yevlax rayonunda orta məktəb çagirdləri İİV infeksiyası ilə bağlı maarifləndirilib

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin dəstəyi ilə Yevlax rayonundakı 1, 2, 3, 5, 7 və 9 nömrəli tam orta məktəblərdə “Biz həyatı sevirik” adlı maarifləndirmə tədbiri keçirilib.

Orta məktəblərin müəllimlərinin və X-XI sinif şagirdlərinin iştirak etdiyi tədbirlərdə əsas məqsəd sağlam həyat tərzini təbliğ etmək, insanın immunçatışmazlığı virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat vermək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət idi.

Tədbirlərdə çıxış edən RQMM-in epidemioloqu Telman Məhərrəmov və Mərkəzin Yevlax Regional Laboratoriyasının müdiri Mətanət İmanova öncə “İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) nədir?” – suallarına aydınlıq gətiriblər. Onlar gənclər arasında  xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu və nəticədə ölüm riskinin artdığını diqqətə çatdırıblar.

Mütəxəssislər ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən də danışıblar.

Şagirdlərə, həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında ətraflı məlumat verilib, onları marağlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Tədbirlərdə iştirak edən müəllimlər orta məktəblərdə maarifləndirmə işinin zəruriliyini bildiriblər. Qeyd ediblər ki, QİÇS ümumbəşəri problem olduğundan hər bir cəmiyyət üzvünün buna qarşı mübarizə aparması vacibdir. O ki qaldı məktəblilərə, bu işdə onların rolu çox böyükdür. Çünki şagirdlər öyrənməyə, bildiklərini ailə üzvləri, qohumları, ünsiyətdə olduqları digər insanlar arasında yaymağa meyillidirlər.

Qeyd edək ki, RQMM İİV/QİÇS-lə mübarizə üzrə tədbirlər proqramının miqyasını genişləndirməkdədir. Bu məqsədlə təhsil müəssisələrində İİV infeksiyasının profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə müvafiq tədbirlərin keçirilməsi üçün Elm və Təhsil Nazirliyinə məktub ünvanladıq. Müraciətimiz dəyərləndirildi. Bundan sonra ali məktəblər, texnikumlarla yanaçı, ölkəmizin hər yerində ümumtəhsil məktəblərində də müxtəlif növ maarifləndirmə tədbirləri keçirəcək, şagirdləri də məlumatlandıracağıq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun