05 Oktyabr 2024 | 10:23
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Yevlax Regional Laboratoriyasının əməkdaşları təlim və müayinə aksiyaları keçiriblər

Yevlax Regional Laboratoriyasının əməkdaşları təlim və müayinə aksiyaları keçiriblər

  • Əsas səhifə
  • -
  • Xəbərlər
  • -
  • Yevlax Regional Laboratoriyasının əməkdaşları təlim və müayinə aksiyaları keçiriblər
Yevlax Regional Laboratoriyasının əməkdaşları təlim və müayinə aksiyaları keçiriblər

İnsan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq, əhalini sağlam həyat tərzi
barədə məlumatlandırmaq məqsədi ilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə
Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarında maarifləndirmə və könüllü müayinə tədbirləri keçirilib.
Mərkəzin Yevlax Regional Laboratoriyasının əməkdaşları Aran Tibb Mərkəzində, Yevlax Modern
Tibb Mərkəzində, Yevlax mərkəzi poçtunda, Bərdə Peşə Liseyində, Ağdam Medilife Klinikasında, rayonların mərkəzi xəstəxanalarında, ümumtəhsil müəssisələrində və ticarət mərkəzlərində maarifləndirmə aksiyaları keçirib, müayinələr aparıblar. Tədbirlər zamanı tibb işçilərinə, şagirdlərə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı mühazirələr oxunub, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. Hər bir şəxs üçün ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, quraşdırılan informasiya guşəsində yüzlərlə vətəndaş həkimlərin təcrübəsindən yararlanıb. Onlara İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun