Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında bağlanmış Memorandum əsasında Layihə Əlaqələndirmə Bürosu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə Yevlax və Bərdə rayonlarındakı keçmiş məcburi köçkün qəsəbələrində İİV, vərəm, hepatit C, B, sifilis infeksiyalarının erkən aşkarlanması üçün ödənişsiz müayinə aksiyaları həyata keçirilib.
Aksiya vətəndaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədilə keçirilib. Qəsəbələrin yüzlərlə sakini müayinə olunub, onlara maarifləndirici məlumatlar və qeyd edilən infeksiyalarla bağlı məlumatlandırıcı broşurlar, bukletlər, vərəqlər verilib.