05 Oktyabr 2024 | 10:23
Edit

İİV haqqında 10 fakt

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) səbəb olan infeksiyadır. QİÇS insanın immun sisteminin İİV virusu ilə zədələnməsi nəticəsində meydana çıxan spesifik xəstəlik və hallarla özünü biruzə verir.

Bizimlə Əlaqə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi

Yoluxucu xəstəliklərin aşkarlanması üçün müayinələr götürülüb

Yoluxucu xəstəliklərin aşkarlanması üçün müayinələr götürülüb

  • Əsas səhifə
  • -
  • Kateqoriyasız
  • -
  • Yoluxucu xəstəliklərin aşkarlanması üçün müayinələr götürülüb
Yoluxucu xəstəliklərin aşkarlanması üçün müayinələr götürülüb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında bağlanmış Memorandum əsasında ölkəmizin müxtəlif yerlərində məskunlaşmış keçmiş məcburi köçkünlər arasında infeksiyaların aşkarlanması üçün müayinələr aparılır. Növbəti belə aksiya Layihə Əlaqələndirmə Bürosu, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkilatçılığı ilə Mingəçevir və Bərdədə keçmiş məcburi köçkün qəsəbələrində həyata keçirilib. Aksiya zamanı İİV, vərəm, hepatit B, C, sifilis infeksiyalarının erkən aşkarlanması üçün ödənişsiz müayinələr götürülüb.

Aksiya vətəndaşların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədi ilə təşkil edilib. Qəsəbələrin yüzlərlə sakini müayinə olunub, onlara qeyd edilən infeksiyalarla bağlı məlumatlandırıcı broşurlar, bukletlər verilib.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər lentimizə
abunə olun