preloader
Xızı rayonunda könüllülərdən İİV/QİÇS-ə qarşı müayinələr götürülüb

Xızı rayonunda könüllülərdən İİV/QİÇS-ə qarşı müayinələr götürülüb

Xızı rayonunda könüllülərdən İİV/QİÇS-ə qarşı müayinələr götürülüb

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) həkim-sanitar briqadaları Xızı rayonunun kənd həkim məntəqələrində İİV/QİÇS-in aşkarlanması məqsədilə  müayinələr həyata keçirib, maarifləndirmə işi aparıblar.

Giləzi kəndində 68 nəfərdən, Şurabadda 61 nəfərdən, Sitalçayda 36 nəfərdən, Yeni Yaşmada 61 nəfərdən qan nümunələri götürülüb. Müayinə olunan 2 nəfərdə “Hepatit C” virusu aşkarlanıb. Onların müalicəsi üçün lazımi tövsiyələr verilib.

Müayinəyə gələn könüllülərə maarifləndirici bukletlər paylanıb. RQMM-in həkim epidemioloqu Dilşad Mahmudova ona ünvanlanan sualları ətraflı cavablandırıb.