Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir. Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan…
Bakı Sağlamlıq Mərkəzində Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün maarifləndirici tədbir keçirilib. Tədbirdə tibbi tullantıların düzgün idarə olunması, o cümlədən çeşidlənməsi, müvəqqəti saxlanması, uçotunun aparılması məsələləri müzakirə olunub.…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında İİV infeksiyası ilə mübarizə istiqamətində aksiya keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları təşkil ediblər. Sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin İİV infeksiyası ilə mübarizə istiqamətində maarifləndirici missiyasına “Nar” da qoşuldu. Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində “Nar”ın dəstəyi ilə 1,603, 354 insan QİÇS-lə bağlı profilaktik məzmunlu mesajlar aldı, abunəçilərin diqqəti epidemiya ilə mübarizəyə yönləndirildi. Səhiyyə…
Xəzər rayonundakı Xarici Dillər Təmayüllü Gimnaziyada İİV-lə bağlı maarifləndirmə aksiyası keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı aksiyada gimnaziyanın müəllim və şagirdləri iştirak ediblər. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və…
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak ediblər. Aksiyada məktəblilər…
Kimya-biologiya Təmayüllü Respublika Liseyində “Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri liseyin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, xəstəliyin yoluxma yolları barədə məlumat veriblər. Tədbirdə…
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Aynur…
Bakıdakı “İdrak” liseyində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib. “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə liseyin şagirdlərinə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV), törətdiyi fəsadlar, Azərbaycanda bu virusa yoluxma səviyyəsi, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxma yolları barədə…
Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib. Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS-in yoluxma tarixinə, yayılmasına diqqət çəkib.…