preloader
Naxçıvanda İİV infeksiyasının erkən aşkarlanması ilə bağlı aksiya keçirilib

Naxçıvanda İİV infeksiyasının erkən aşkarlanması ilə bağlı aksiya keçirilib

Naxçıvanda İİV infeksiyasının erkən aşkarlanması ilə bağlı aksiya keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında İİV infeksiyası ilə mübarizə istiqamətində aksiya keçirilib. Tədbiri Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları təşkil ediblər. Sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib.

Tədbirdə İİV/QİÇS-ə yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.