preloader
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə  Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə  Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Aynur Qarayeva “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə çıxış edərək iştirakçıları QİÇS, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırıb, gənclərin təhsilə, elmə, idmana olan marağını artırmaq üçün tövsiyələr verib.

İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətirən həkim, gənclər arasında  xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını diqqətə çatdırıb.

Sonda mütəxəssislərə ünvanlanan suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.