preloader
Azərbaycan həkimləri İİV infeksiyası ilə mübarizə üzrə Riqada keçirilən elmi konfransda iştirak ediblər

Dekabrın 13-14-də Latviya Respublikasının paytaxtı Riqa şəhərində Niderland Krallığının Amsterdam və Riga Stradins universitetlərinin təşkilatçılığı ilə İİV infeksiyası, viruslu C hepatiti və vərəm xəstəlikləri ilə mübarizə üzrə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin (EECA İnteract) 3-cü elmi konfransı keçirilib.

Tədbirdə Azərbaycanı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru və təqaüd qazanmış şöbə müdirlərindən ibarət üç əməkdaşı təmsil ediblər. Təmsilçilərimizin əvvəlcədən hazırladıqları tezislər dəyərləndirilərək, tədbirdə onlara posterlə fərdi çıxış etmək imkanı da verilib.

Konfransda ölkəmizin İİV-lə mübarizədə əldə etdiyi uğurlar təqdim olunub, profilaktika, diaqnostika və müalicə üzrə müsbət təcrübəmiz digər ölkələr üçün nümayiş etdirilib.