preloader
Regional laboratoriyaların tibb işçilərinə təlim keçirilib

Regional laboratoriyaların tibb işçilərinə təlim keçirilib

Regional laboratoriyaların tibb işçilərinə təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində (RQMM) onun regional laboratoriyalarının tibb işçilərinin bacarıq və qabiliyyətlərinin artırılması üçün təlim keçirilib. Tədbirdə çıxış edən RQMM-in direktoru Famil Məmmədov sağlamlığa ciddi maneə olan insanın immunçatışmazlığı virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasının, bu sahədə çalışan həkimlərin, digər tibb işçilərinin, əhalinin təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyinə diqqət çəkib. Direktor bildirib ki, İİV infeksiyası və QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi İİV/QİÇS-lə mübarizədə aktual problemlərdəndir. İştirakçılara İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi, eləcə də tibbi etika, təhlükəsizlik qaydaları və dezinfeksiya məhlullarından düzgün istifadə ilə bağlı ətraflı məlumat verilib. Daha sonra həkim-laborantlar Günel Babayeva və Vəfa İsmayılovanın “İİV-ə müayinələr üçün qanın götürülməsi, saxlanması, daşınması prosedurları” adlı prezentasiyaları dinlənilib. İnteraktiv şəraitdə keçən tədbirdə iştirakçıların səsləndirdikləri suallara dolğun cavab verilib.