Mayın 26-da Ölkə Əlaqələndirici Komissiyasının (CCM) və Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə İİV-lə mübarizə sahəsində çalışan mütəxəssislərin stiqma və diskriminasiyaya aid biliklərinin təkmilləşdirilməsi üçün təlim keçirilib.
Tədbirdə TƏBİB-in tabeliyində olan xəstəxanaların və bu sahədə xidmət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak ediblər.
RQMM-in direktoru Famil Məmmədov öz çıxışında İİV/QİÇS-lə mübarizə sahəsində görülən işlərdən söhbət açıb bu sahədə olan nailiyyətləri xüsusi vurğulamışdır. İİV-ə yoluxmuş şəxslərin cəmiyyətdə və tibb müəssisəsində bəzən üzləşdiyi çətinliklərin həlli istiqamətində aparılan işlər barədə məlumat vermişdir.
RQMM-in direktor müavini Səbinə Babazadə mövcud sahədə problemin yaranmaması ilə bağlı tövsiyələrini verib, işin tənzimlənməsi üçün həkimlərin üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
Tədbirdə, həmçinin RQMM-in mütəxəssislərinin təqdimatları dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.





