preloader
Yevlax rayonunda müayinə və maarifləndirmə tədbiri keçirilib

Yevlax rayonunda müayinə və maarifləndirmə tədbiri keçirilib

Yevlax rayonunda müayinə və maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində bölgələrdə də İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini uğurla davam etdirir.  

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Yevlax Regional Laboratoriyasının əməkdaşları Yevlax rayonu Malbinəsi Ailə Sağlamlıq Mərkəzində müayinə və maarifləndirmə tədbiri keçiriblər.

Tədbirdə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-in yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İnsanları maraqlandıran suallar cavablandırılıb, vətəndaşlara ödənişsiz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb.