preloader
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının həkimlərinə İİV infeksiyası ilə bağlı təlim keçirilib

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının həkimlərinə İİV infeksiyası ilə bağlı təlim keçirilib

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının həkimlərinə İİV infeksiyası ilə bağlı təlim keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində təcili tibbi yardım stansiyalarının böyük həkimlərinə təlim keçirilib. Tədbirdə İİV/QİÇS-in müayinə və müalicəsindən bəhs olunub, İİV-in profilaktikası, diaqnostikası və müalicəsində müasir yanaşmaların əhəmiyyətinə diqqət çəkilib.

RQMM-in direktor müavini Səbinə Babazadə xüsusi təqdimatla çıxış edib. Həkim dünyada və Azərbaycanda QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) bağlı mövcud epidemioloji vəziyyət, İİV (insanın immunçatışmazlığı virusu) indikatorları, onun terapiya və müalicəsi barədə ətraflı məlumat verib. Ölkəmizdə İİV-ə nəzarətin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı fikirlərini bölüşüb. Mərkəzin Qəbul şöbəsinin müdiri Ədilə Rzayeva isə öz təqdimatında İİV-ə görə aparılan müayinələrdən, qan nümunələri ilə təmas zamanı təhlükəsizlik qaydalarına necə əməl edilməsindən, tibb işçilərinin özlərini necə qorumasından və mövcud çətinliklərin aradan qaldırılmasından danışıb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicənin anonim, ödənişsiz qaydada icra olunduğunu vurğulayan həkimlər bildiriblər ki, əsas hədəf xəstəliyi vaxtında aşkarlamaq, onun əhali arasında yayılma riskini azaltmaq və gedişatı haqda vətəndaşları məlumatlandırmaqdır.

Mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb.

Həmçinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzlərində İİV infeksiyasının aşkarlanması (PİT və KMM) və testləşmə işinin təşkili üzrə müzakirələr aparılmışdır.

Sonda mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb, tibb işçiləri ekspress-testdən keçərək öz statuslarını müəyyənləşdiriblər.