preloader
İİV-ə yoluxmağa həsas olan əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan QHT əməkdaşları üçün təlim təşkil edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində Əsas Əhali Qrupu nümayəndələri üçün “Təmasdan öncə (PreP) və təmasdan sonra (PEP) profilaktika” mövzusunda bir günlük təlim keçirib.
Təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri arasında profilaktik işlərə cəlb olunan qeyri-hökümət təşkilatlarının əməkdaşları üçün təşkil edilib. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə bağlı ölüm hallarının azaldılmasıdır.
Tədbirdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, müştərilərin TÖP proqramına daxil edilməsi meyarları, təmasdan sonra profilaktika və digər mövzularda məlumatlar verilib, təqdimatlar nümayiş olunub. Yeni testləşmə alqoritminə keçid, İİV-ə yoluxmanın qarşısının alınması məqsədilə təmasdan öncə profilaktikanın vacibliyi barədə ətraflı müzakirələr aparılıb.
Sonda iştirakşılara sertifikatlar təqdim edilib.