preloader
Şagirdlərə İİV infeksiyasının fəsadları ilə bağlı məlumat verilib

Şagirdlərə İİV infeksiyasının fəsadları ilə bağlı məlumat verilib

Şagirdlərə İİV infeksiyasının fəsadları ilə bağlı məlumat verilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Bakıdakı 45 nömrəli tam orta məktəbdə ”QİÇS əsrin bəlasıdır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin 10-11-ci sinif şagirdləri, müəllimləri iştirak ediblər.
Məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin infeksionist həkimi Emilya Şahbazova İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında danışıb. Virusa yoluxma yolları, qorunma və müalicə üsullarından danışan həkim şagirdləri zərərli vərdişlərdən uzaq olmağa, ən əsası isə bu sahədə mövcud bilgiləri vaxtında mənimsəməyə çağırıb. Şagirdlər narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıblar.
Məktəbin həkimi Samirə Bağırova isə çıxışında zərərli vərdişlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə, eyni zamanda insanların həyatına, sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib, onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.