Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə 2025-ci ilin təlim proqramı çərçivəsində “Autriç işinin təşkili və vəzifələri, Təmasdan öncə (TÖP) və Təmasdan sonra (TSP) profilaktika, ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi” mövzusunda keçirilən təlimlər davam etdirilir.
Növbəti təlim İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxmağa həsas əhali qrup nümayəndələri (narkotik asılılığı olan şəxslər) arasında profilaktik işlərə cəlb olunan qeyri-hökumət təşkilatlarının əməkdaşları-sosial işçilər üçün təşkil olunub. Məqsəd bu qrupa aid şəxslərdə İİV infeksiyasının ötürülməsinin qarşısını almaq, müayinə və müalicəsini ciddi nəzarətdə saxlamaqla İİV-in yayılma səviyyəsinin azaldılmasıdır. İştirakçılara İİV/QİÇS-in yoluxma yolları, yayılması, profilaktik proqramların vacibliyi barədə məlumatlar verilib. Təlimçilərin Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, həssas qrup nümayəndələrinin TÖP proqramına daxil edilməsi meyarları, ağız suyu əsaslı testlərlə İİV-in müayinəsi, Autriç işinin təşkili və vəzifələri, Stiqma və diskriminasiya mövzularında xüsusi hazırlanmış təqdimatları maraqla qarşılanıb.
Sonda iştirakçılara sertifiikatlar təqdim edilib.
