preloader
Bakıdakı 237 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Bakıdakı 237 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Bakıdakı 237 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə 237 nömrəli tam orta ümumtəhsil məktəbində “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri Günel Babayeva və Şəhla Mustafayeva məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat veriblər. Virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıblar.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.