preloader
Sumqayıtdakı 38 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub

Sumqayıtdakı 38 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub

Sumqayıtdakı 38 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir təşkil olunub

Səhiyyə Nazirliyi  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü ilə Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri və müəllimləri iştirak edib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt Regional Laboratoriyasının mütəxəssisi İlkanə Məhyəddinova məktəblilər üçün hazırlanmış xüsusi təqdimatla çıxış edərək, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim virusun yoluxma yolları, qorunma və müalicə üsulları barədə danışıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa və bu mövzuda düzgün bilikləri vaxtında mənimsəməyə çağırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb, onlara İİV/QİÇS mövzusunda maarifləndirici broşürlər və bukletlər paylanıb, xəbərdaredici məlumatlar təqdim olunub.