Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində Azərbaycanda səfərdə olan Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya (EECA) üzrə Baş Fond Portfolio Meneceri (SFPM) Valeriya Qrişeçkinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı ölkəmizdə həyata keçirilən İİV əleyhinə tədbirlər yüksək qiymətləndirilib və İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub.