1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə paytaxtın ən yüksək nöqtəsində yerləşən “Alov Qüllələri” kompleksi QİÇS-lə mübarizənin rəmzi olan qırmızı rənglə işıqlandırılıb. Bu vizual mesaj QİÇS-lə bağlı ictimaiyyətə xəbərdarlıq xarakteri daşıyır və vətəndaşlara ünvanlanmış təsirli bir çağırışdır.
“Alov Qüllələri”ndən ictimaiyyətə xüsusi çağırış edilərək bildirilir: İİV virusundan və QİÇS xəstəliyindən özünüzü qoruyun, sağlam həyat tərzi sürün! Məqsədimiz sağlam həyat tərzini təşviq etmək, ictimai diqqəti xəstəliklə bağlı risklərə yönəltmək və İİV-ə yoluxmuş insanlara qarşı mövcud ayrı-seçkiliyin aradan qaldırılmasına töhfə verməkdir.
Tədbir Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü və “Alov Qüllələri” kompleksinin dəstəyi ilə həyata keçirilib. Kompleksin rəhbərliyinə və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirik.
