preloader
Tibb işçilərinə fövqəladə hallarda düzgün davranış qaydaları izah edilib

Tibb işçilərinə fövqəladə hallarda düzgün davranış qaydaları izah edilib

Tibb işçilərinə fövqəladə hallarda düzgün davranış qaydaları izah edilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarına düzgün riayət olunması məqsədilə tədbir keçirilib.
Tədbirin əsas məqsədi müəssisədə baş verə biləcək yanğın və digər fövqəladə halların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, həmçinin səhiyyə işçilərinin fövqəladə hallarla bağlı davranış qaydaları üzrə bilik və bacarıqlarının artırılması olub.
Təcrübə çərçivəsində tibb işçilərinə fövqəladə hallarda düzgün davranış qaydaları ətraflı izah edilib. Onlara yanğın və digər fövqəladə hallar zamanı görülməli tədbirlər, “112” qaynar telefon xəttinə müraciət qaydaları, odsöndürən balonlardan istifadə üsulları, eləcə də insanların təhlükəsiz və operativ təxliyəsinin təşkili barədə geniş məlumat verilib. Qeyd olunub ki, hər hansı qəza və ya fövqəladə hadisə zamanı zərərçəkənlərin sağlamlığının qorunması və mülki müdafiə tədbirlərinin təmin olunmasında tibb işçilərinin üzərinə böyük məsuliyyət düşür. Xəstələrin müalicə aldığı tibb müəssisələrində fövqəladə hallara hazırlıq səviyyəsinin daim təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin praktiki hissəsində Mərkəzin həyətində yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və onlardan istifadə qaydaları nümayiş etdirilib, həmçinin şərti yanğının söndürülməsi həyata keçirilib.