Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Şəki Tibb Kollecində “Sağlam gələcək sənin əlindədir” adlı maarifləndirmə aksiyası təşkil edilib. Fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının zərərli dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2026–2030-cu illər Dövlət Proqramının icrası İİV/QİÇS və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici tədbirlər üçün nəzərdə tutulub. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional Laboratoriyasının mütəxəssisi Kəmalə Abdullayeva xüsusi təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV), Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, haqqında danışıb, virusun yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə ətraflı məlumat verib.
Gənclər sağlam həyat tərzinə üstünlük verməyə və məsuliyyətli davranmağa çağırılıb, narkomaniyanın fəsadlarına diqqət şəkilib.
Tədbir interaktiv formatda davam edib, şagirdlərin sualları cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
