Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində bölgələrdə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərini davam etdirir.
Şamaxı Regional Laboratoriyasının əməkdaşları Şamaxı Rayon Gigiyena və Epidemiologiya Mərkəzində, “Ziya Medikal” Tibb Tədris Mərkəzində, Şamaxı Regional Humanitar Kollecində, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı rayonlarındakı mərkəzi xəstəxanalarda, ümumtəhsil məktəblərində və əhalinin daha çox sıx olduğu digər yerlərdə müayinə və maarifləndirmə tədbirləri keçiriblər.
Təhsil ocaqlarında, səhiyyə müəssisələrində tələbə və işçilərə təcrübəli həkimlər İİV/QİÇS-lə bağlı mühazirələr oxuyub, xəstəliyin müayinə və müalicəsi barədə ətraflı məlumat veriblər. Tələbələr maraqlandıqları suallara cavab alıb, İİV testindən keçiblər. Onlara İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.





