Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Əhali Fondunun dəstəyi ilə sonuncu təlim keçirilib. “İİV/QİÇS-in diaqnostikası, müalicəsi və profilaktikasında müasir yanaşmalar” adlı növbəti təlim proqramından ginekoloq, pediatr, neonatoloq və cərrahlar da yararlanıblar.
Tədbirdə ÜST-nin Avropa Regional ofisinin İİV Proqramları üzrə koordinatoru Vyaçeslav Grankovun, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə və Mərkəzin psixoloqu Günel Bəbirovanın təqdimatları dinlənilib.
İştirakçılar Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyətə, epidemiyanın müasir aspektlərinə, müayinə üsullarına yeni yanaşmalara,
İİV-in profilaktikasında ÜST-nin tövsiyələrinə, İİV, sifilis, Hepatit B-nin anadan uşağa ötürülməsinin qarşısının alınmasına, stiqma və diskriminasiyaya qarşı mübarizəyə aid təqdimatları dinləyiblər.
Sonda qruplarda praktiki iş aparılıb.
