Azərbaycan Tibb Universitetində müəllim və tələbə heyəti üçün “İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və onun fəsadları, İİV-ə yoluxmuş şəxslərdə müşahidə olunan opportunistik infeksiyalar, o cümlədən İİV və vərəm ko-infeksiyası” mövzusunda seminar keçirilib. Seminarda Milli Məclisin deputatı, ATU-nun rəhbər şəxsləri, TƏBİB-in təmsilçiləri iştirak ediblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova xəstəlik, yoluxma yolları, profilaktikası, İİV-ə yoluxmuş şəxslərdə müşahidə olunan opportunistik infeksiyalar, İİV və vərəm ko-infeksiyası ilə bağlı geniş təqdimatla çıxışı dinlənilib.
Seminar geniş müzakirə ilə öz işini başa çatdırıb.

