preloader
Oğuzdakı orta məktəblərdə İİV-lə bağlı maarifləndirmə tədbirləri keçirilib

Oğuzdakı orta məktəblərdə İİV-lə bağlı maarifləndirmə tədbirləri keçirilib

Oğuzdakı orta məktəblərdə İİV-lə bağlı maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə Oğuz şəhərindəki orta məktəblərdə şagirdlər üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Oğuz şəhər 2 nömrəli İnternat tipli texniki və təbiət fənləri təmayüllü liseyin, Oğuz şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin, rayonun Qumlaq və Padar kənd tam orta ümumtəhsil məktəblərinin, Xaçmaz kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Aksiyalarda məktəblilərə sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə olunub.

Tədbirlərdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzin mütəxəssisi Dilşad Mahmudovanın xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatlarları xüsusi maraqla qarşılanıb.

Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar, vərəqlər paylanıb.

Sonda müəllimlərin və məktəblərin texniki işçilərinin könüllüləri İİV-lə bağlı statuslarını öyrəniblər.