preloader
Xorvatiyada İİV/QİÇS epidemiyasının idarə olunması üzrə seminar keçirilir

Xorvatiyada İİV/QİÇS epidemiyasının idarə olunması üzrə seminar keçirilir

Xorvatiyada İİV/QİÇS epidemiyasının idarə olunması üzrə seminar keçirilir

Mayın 5-dən 9-dək Xorvatiyanın Zaqreb şəhərində  Ümumdünya Səhiyyə Təşkilatı ilə Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə (The WHO Collaborating Centre for HIV Strategic Information) İİV/QİÇS epidemiyasının idarə olunması məqsədilə “İnteqrasiyaolunmuş bioloji və davranış nəzarəti” tədqiqatı üzrə seminar keçiriləcək. Məqsəd İİV epidemiyasının yayılmasının qarşısının alınması, İİV profilaktikasına yönəlmiş yeni proqramların planlanması və mövcud proqramların səmərəliliyinin artırılması, infeksiyanın yayılma göstəricilərinin müəyyən edilməsi üçün  tədqiqatların icrasının və sorğu prosesinin təkmilləşdirilməsidir.

Seminarda “Sadələşdirilmiş bio-davranış sorğuları (BBS-Lite) və İİV-lə bağlı məlumatlardan istifadə” üzrə geniş müzakirələr aparılaraq ölkə təcrübələri təqdim edilir.

Təbirdə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, Mərkəzin direktor müavini Günəş Cəfərova, Monitorin və Qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva iştirak edir.