Seroloji müayinələr ÜST-ün tövsiyələrinə uyğun edilir. 2011-ci ildən İİV-ə skrininq və arbitraj müayinələri Abbott firmasının “Architect” cihazında aparılır. Bu cihazda aparılan müayinələr xemoluminisent üsuluna əsaslanır.
Xemoluminisent müayinəsi daha yüksək həssaslığa və spesifikliyə malikdir. Həssaslıq – 100 faiz, Spesifiklik – >99.5 faiz və cüzi sayda “yanlış müsbət” nəticələrin alınmasına səbəb olur.
Skrininq müayinələr İFA üsulu ilə də aparılır. Vətəndaşların ehtiyaclarını ilk dəfədən ödəmək məqsədilə, iki firmanın (Biorad və Rusiyanın ДС -ИФА-ВИЧ) test-sistemləri ilə müayinələrin aparılması nəticələrin dürüstlüyünə təminat verir.
Skrininq müayinəsi zamanı İFA üsulu ilə müsbət nəticə verən qan nümunələri II mərhələdə fərqli digər 2-3 test-sistemdə yoxlanılır. Nəticə mənfi olduqda numünə neqativ hesab edilir. Müsbət nətıcə göstərən nümunələr – 3-cü mərhələdə təsdiqedici İmmunobloting (İB) üsulu ilə yoxlanılır. Mahiyyətcə İFA-nın növü olan immunoblotinq (İB) üsulu ilə İİV-in antigenləri (zülallar) təyin edilir. Bu müayinələrin aparılmasında mərkəzi laboratoriyada iki növ test sistemi işlənilir (FUJİREBİQ firmasının istehsalı olan İNNO-LİA HİV1/2 Score və BioRad New LAV Blot). Bu müayinələrin müsbət nəticələri əsasında Ekspert Şurasında şəxslər daimi qeydiyyata götürülür. 2021-ci ilin 9 ayı ərzində 61592 müayinə aparılıb, onlardan musbət nəticə əsasında 522 nəfər qeydiyyata götürülüb.