Səhiyyə Nazirliyinin nümayəndəsi Lissabonda narkotiklərlə əlaqəli inyeksion xəstəliklər üzrə ekspertlərin işgüzar görüşündə iştirak edib.
Portuqaliyanın paytaxtında Avropa Birliyinin Narkotik və Narkomaniya üzrə Monitorinq Mərkəzinin (EMCDDA) narkotiklərlə əlaqəli inyeksion xəstəliklər üzrə ekspertlərinin işgüzar görüşü keçirilib. Tədbirdə ölkəmizi milli məsləhətçi qismində Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov təmsil edib. Toplantıda inyeksion narkotik istifadəşiləri arasında İİV-in yayılması, zərərin azaldılması üzrə proqramların idarə olunması və digər mövzularda təqdimatlar olub.