preloader
Özbəkistanda QİÇS-lə mübarizı üzrə sistemlərin rəqəmsallaşdırılmasına aid beynəlxalq elmi-praktiki konfrans keçirilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində ölkənin Rəqəmsal Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan “QİÇS-lə mübarizə üçün rəqəmsal sistem, yeniliklər, cari problemlər və praktik həllər” adlı elmi-praktiki konfrans keçirilib. Konfransın əsas məqsədi beynəlxalq təcrübə mübadiləsi, İİV infeksiyasının profilaktika, müalicə və diaqnostikasının müasir İT texnologiyalar vasitəsilə aparılmasıdır.

Beynəlxalq konfransın iştirakçıları İİV-in aşkarlanması, QİÇS-lə necə mübarizə aparılması, xəstəliyin profilaktika və müalicəsinə tətbiq edilən yeniliklərin əhəmiyyəti barədə ölkələrinin təcrübəsindən danışıb, təcrübə mübadiləsi aparıblar. Azərbaycanın təmsilçisi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə mövzu ilə bağlı təqdimatla çıxış edib.

Konfransın plenar iclas və sessiyalarında həmçinin İİV-lə bağlı epidemioloji vəziyyət, İİV-in profilaktikasının əsas məsələləri, bu infeksiyanın anadan uşağa ötürülməsinin qarşısının alınması, İİV-in müalicə və diaqnostikasına müasir yanaşmaların tətbiqi kimi məsələlər müzakirə olunub.