İstehsalat prosesində ən son texnologiyalardan istifadə edərək əhalini yüksək keyfiyyətli süd məhsulları ilə təmin edən “Milla” Süd Emalı Zavodunda İİV-in erkən aşkarlanması ilə bağlı müayinələr aparılıb.
Tədbiri müəssisənin müraciəti əsasında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları təşkil ediblər. İnsanın İmmunçatışmazlığı Virusunun və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri aşkarlamaq məqsədilə keçirilən aksiyalarda zavodun işçiləri öz statusunu dəqiqləşdirib.
Aksiyalarda təcrübəli mütəxəssislər tərəfindən İİV/QİÇS-ə yoluxma yolları, onun ödənişsiz, anonim qaydada müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
