preloader
Astara rayonundakı orta məktəblərdə “Özünü QİÇS-dən qoru” adlı tədbirlər keçirilib

Astara rayonundakı orta məktəblərdə “Özünü QİÇS-dən qoru” adlı tədbirlər keçirilib

Astara rayonundakı orta məktəblərdə “Özünü QİÇS-dən qoru” adlı tədbirlər keçirilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Astara şəhərindəki orta məktəblərdə şagirdlər üçün “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə Astara şəhər 1, 2 nömrəli tam orta və Astara şəhər 3, 4, 5, 7 nömrəli tam orta ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Aksiyalarda məktəblilərə sağlam həyat tərzi təbliğ edilib, zərərli vərdişlərdən uzaq durmaları tövsiyyə olunub.

Tədbirlərdə şagirdlərə sağlamlığa ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumat verilib. Mərkəzin mütəxəssisi Dilşad Mahmudovanın xəstəlik və virusun diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı təqdimatlarları xüsusi maraqla qarşılanıb.

Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara İİV-lə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar, vərəqlər paylanıb.