Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-ə yoluxmaya həssas risk qrupları arasında Təmasdan Öncə Profilaktika (TÖP) mövzusunda təlim keçirilib.
Təlimə Mərkəzin regional laboratoriyalarının əməkdaşları cəlb olunub. Məqsəd İİV infeksiyasının ötürülməsinin qarşısının alınmasında və İİV-in yayılma səviyyəsinin azaldılmasında TÖP-ün tətbiqinin genişləndirilməsidir.
Tədbirdə iştirakçılara Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət, RQMM-də İİV-ə görə aparılan müayinələr, Təmasdan Öncə Profilaktika, TÖP-ün icrası ilə bağlı tövsiyyələr, risk qruplarının TÖP-ə cəlb olunmasında qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq mövzusunda təqdimatlar nümayiş olunub, ətraflı müzakirələr aparılıb.
Sonda mütəxəssislərə ünvanlanan fərdi suallar cavablandırılıb.
